UŞAQ AQRESSİYASI

Tərəfindən admin
303 Baxışlar

Uşaq aqressiyası çox rast gəlinən haldır.
– Əgər aqressiv davranış uşaqda davamlı hala çevrilibsə valideynlər bunu ciddiyə almalıdırlar. Çünki uşaqlar adətən bu yolla həyatlarında nəyinsə qaydasında getmədiyi mesajını verirlər.
Aqressiyanın qaynağı çox vaxt ailədən, burdakı münasibətlərdən qaynaqlanır. Bir növ uşaq ailənin güzgüsünə çevrilir.Ona görə də uşağın davranışlarına təlaşlanmazdan əvvəl ailə münasibətinizə nəzər yetirin.
👨‍👩‍👧‍👦Aşağıdakı sualları dürüst şəkildə cavablandırın
🔹️Uşaqla kifayət qədər vaxt keçirir və oyun oynayırsınız?
🔹️ Gün ərzində uşağınızı neçə dəfə qucaqlayır, öpür və onu sevdiyinizi deyirsiniz?
🔹️Uşağınız danışanda sona qədər diqqətlə dinləyirsiniz?
🔹️Gündə neçə dəfə uşağınıza qışqırmısınız?
🔹️Uşağınızdan üzr istəyə bilirsiniz?
🔹️Yoldaşınızla gündə necə dəfə mübahisə edirsiniz?!!
Əgər ailədə hər şey qaydasındadırsa uşağın ətrafını nəzərdən keçirmək lazımdır.
Bəs uşaq aqressiya göstərən zaman necə davranmalı???!! Bəzən uşaqlar diqqət çəkmək üçün də belə davranışlar nümayiş etdirirlər.
Məsələn, uşaq sizi vurursa bu zaman emosional reaksiya verməyin( ahh, ay aman) ciddi ifadə və düz səs tonu ilə “olmaz!” deyin və uşağı özünüzdən bir qədər aralı tutun.
Belə olan halda uşaqlar çox vaxt daha da aqressivləşir və ağlamağa başlayır. Valideyn səbirli olmalı və sakitliyini qoruyaraq qətiyyən uşağa qışqırmamalı və ya onu sakitləşdirməyə çalışmamalıdır.
Siz öz işinizlə məşğul olun və uşaq sakitləşənə qədər onunla ünsiyyətə keçməyin (göz kontaktı da daxil). Lakin uşaq sakitləşdikdən sonra mütləq ona yaxınlaşın və birgə vaxt keçirin, oyun oynayın. Beləliklə, ana uşaqda düzgün davranışı möhkəmləndirmiş olur. Əlbəttə ki, bunu da unutmayın uşağınızın emosional dəstəyə ehtiyacı var və bu səbəbdən ağlayırsa onu qucaqlamalı və dəstəyinizi hiss etdirməlisiniz.
👧 Uşağa müsbət motivasiya aşılayın. Etdiyi yaxşı hərəkətləri vurğulayın, xoşagəlməz hərəkətləri isə bacardıqca görməzdən gəlin.
👦Lap kiçik yaşlardan uşağa gülləri, heyvanları incitməməyi, üzr istəməyi öyrədin.
👫Öz nitqiniz və davranışlarınız ilə övladınıza nümunə olun.
🙂 Uşağa öz hisslərini ifadə etməyi öyrədin.
💕Ən əsası isə səbirli olun.

Oxşar Yazılar