Hiperaktiv uşaqların valideynlərinə 10 psixoloq məsləhəti

Tərəfindən admin
894 Baxışlar
hiperaktiv uşaqlar

Günümüzdə hiperaktiv uşaqların sayı çoxdur və bu səbəbdən bu mövzuya yer ayırırıq.

Hiperaktiv uşaqların valideynləri üçün psixoloq məsləhətləri:
1. Əgər övladınızda həddindən artıq hərəkətlilik, düşünmədən hərəkət etmə, istəklərini və duyğularını kontrol edə bilməmə, söz eşitməmə ya da diqqət problemləri varsa mütləq uşaq psixiatrına müraciət edin.
2. Əgər yoxlamadan sonra uşaq “Diqqət əksikliyi və hiperaktivlik” diaqnozu alarsa bunu qəbul etməli və bu barədə maariflənməlisiniz. Çünki valideyn təlimi müalicənin vacib hissəsidir.
3. Övladınıza nə olursa olsun, onun yanında olduğunuzu deyin və bunu hiss etdirin.
4. Evdə sisteminiz, rutininiz olsun. Bu rutinləri kağıza qeyd edərək uşağın hər gün görməsinə nail olun. Günün axışını qeyd etdikdən sonra xatırlatmaq üçün zəngli saatlardan və ya başqa vasitələrdən istifadə edə bilərsiniz.
5. “Xüsusi vaxt” təyin etmək. Bu zaman ana ya da atanın 20-30 dəq müddətində uşaqla birlikdə oyun oynaması nəzərdə tutulur. Bu müddət ərzində uşağa qayğı göstərmək lazımdır. Əyləndirici oyunlar oynamalı və xoş vaxt keçirməlisiniz.
6. İstənməyən davranışları göz ardı edərək müsbət davranışları tərifləmək və önə çıxarmaq. Bəzən mənfi davranışı görməzdən gəldikdə uşaq bu davranışı daha da artıra bilər, ancaq bu münasibətinizdə tutarlı olduqda mənfi davranışların azaldığınızı görəcəksiniz.
7. Uşağın qarşısına onun bacarmayacağı tələblər qoymaqdan çəkinin. Məsələn; “Mən demədən dərslərini özü eləsin. Tapşırığı olmasa da hər gün dərs oxusun. Dərslərini sevərək və həvəslə həyata keçirsin və.s”
8. Nəyisə tələb etdikdə mütləq:
-normal səs tonu seçin
-göz kontaktı qurun
-istədiyiniz şeyi sual və ya xahiş formasında deməyin
-tələbinzi qısa və konkret olsun.
9. Evinizin, ailənizin qaydaları dəqiq olsun. Uşaq nələr edib nələr edə bilməyəcəyini bilməlidir.
10. Zaman-zaman uşağın müsbət davranışlarını mükafatlandıraraq o davranışların artmasını təmin edə bilərsiniz.

Psixoloq Arzu Adgözəlova

Kookla.tv

Oxşar Yazılar