EV HEYVANLARI VƏ UŞAQLAR

Tərəfindən admin
2385 Baxışlar

Çoxumuzun xatirəsində evdə heyvan saxlamaqla bağlı ailemizle olan icazə və qarşıçıxma halları var. Bəzən bu hal valideyinləri narahat edir.
Övladıma bunun üçün icazə verməliyəm yoxsa yox?!
Araşdırmalar göstərir ki evdə heyvan saxlamağın uşağın inkişafında müsbət təsirləri var.

Məsəslə, evdə it saxlayan uşaq hər gün o itin böyüdüyünü və baş verən dəyişiklikləri görür. Bu isə uşağın ZEHNİ İNKİŞAFINI dəstəkliyir.
Evcil heyvanın yemək, içmək və digər ehtiyaclarının ödənməsinin qeydinə qalmaq  MƏSULİYYƏT və EMPATİYA hissinin formalaşmasına səbəb olur.
Heyvanla vaxt keçirmək, oynamaq və bunun haqqında başqa insanlara danışmaq uşağın SOSİAL və DUYĞUSAL İNKİŞAFINI təmin edir.
Evcil heyvanın dinləmə potensialı və uşağın ona müəyyən komamdaları vermə istəyi uşağın NİTQ İNKİŞAFINI dəstəkliyir.
Heyvanı incitmədən tutmağa çalışmaq,onu qaldırmaq və toxunmaq KİÇİK MOTORİKANI inkişaf etdirir.
Heyvanda baş verən dəyişiklərlə maraqlanmaq uşağın ÖYRƏNMƏ QABİLİYYƏTİNİ artırır.
Heyvanla qurulan duyğusal bağ sayəsində uşağın bağlanma inkişafı tamamlanır.
Bir heyvanın qeydinə qala bilmək,onun varlığının verdiyi qürur hissi ÖZGÜVƏNİN formalaşmasına gətirib çıxarır.
Uşaq ölüm, ayrılıq və doğum kimi anlayışları rahat şəkildə öyrənir.
Tək uşaq sindiromunda da evdə heyvan saxlamaq müsbət təsir göstərir və PAYLAŞMA bacarığını aşılıyır.
Evdə heyvan saxlayan uşaqlar qorxuların öhdəsindən rahat gəlir.
Ev heyvanları olan uşaqlar yüksək özünü ifadə qabiliyyətinə malik olurlar.
Ən əsası bu hal uşağınıza sevməyin və sevilməyin,hisslərin önəmini hər gün xatırladacaq🍀

Müəllif: Psixoloq Arzu Adgözəlova

https://www.instagram.com/psixoloq_arzu_adgozelova/

https://m.facebook.com/arzu.adgozelova.5

Oxşar Yazılar