TUALET TƏLİMİ

Tərəfindən admin
1480 Baxışlar

– Tualet təlimi həm ana, həm də uşaq üçün çox vacib mərhələdir.Buna görə də uşaqla yanaşı ananın da bu prosesə hazır olmağı vacibdir.İlk öncə qeyd edim ki, tualet vərdişinin qazanılmasına görə uşaqlar fərqlənir.Hətta oğlan və qızlarda da fərqliliklər özünü göstərir.Oğlanlara nisbətən qızlar daha tez tualet vərdişinə yiyələnə bilirlər.
• Tualet təliminə nə zaman başlanılmalıdır?
– Tualet təliminə isti havalarda və gündüz saatlarında başlamaq məqsədə uyğundur.Təlimə başladıqdan sonra ana uşağa bez bağlamamalıdır.Bəzən uşaq altını islada bilər, bu normaldır.Tualet təliminə başlaya bilmək üçün:
🌞Uşaq gün içində 1-2 saat quru qala bilməlidir;
👶Yaşı 2,5-dən az olmamalıdır;
😬Çiş və kakasının gəldiyini; jest və mimikası ilə bildirməlidir;
🧒Təqlid bacarığı olmalıdır;
😟İslaq və çirkli bezdən narahat olmalıdır;
🧘‍♀‍Ən az 3-4 dəqiqə sərbəst oturmağı bacarmalıdır;
🗣Asan komandaları anlamağı bacarmalıdır;
👖Şalvarını, alt geyimini çıxarmağı və geyinməyi bacarmalıdır.
Uşaq bunların bir qismini bacardıqda təlim daha rahat və tez həyata keçir.
Təlimə başlayandan qabaq cədvəl vasitəsi ilə 10 gün ərzində uşağın quruluq saatlarını müəyyənləşdirməliyik.Nəticədə uşaq gün ərzində 2 saatdan az olmayaraq quru qalırsa təlimə başlayırıq.Əks təqdirdə təlimi yubatmalıyıq.Cədvələ əsasən hər yarım saatdan bir uşağı tualetə aparırıq və quru olub olmadığını yoxlayırıq.Əgər qurudursa 1-2 dəqiqə tualetə əyləşdirib gözləyirik.Bunu hər yarım saatdan bir təkrarlayırıq.Əgər müəyyən etdiyimiz vaxtda uşaq altını islatmış olsa növbəti dəfə onu tualetə bir qədər tez aparırıq.Artıq tualet təliminə başlaya bilərsiniz.
☀️Cədvələ əsasən uşağın quruluq saatı müəyyənləşdirildi;
⏰Müəyyənləşdirilmiş saatdan 10 dəqiqə əvvəl uşağı tualetə və ya güvəcə aparırıq;
👖Şalvarını və alt geyimini çəkərək güvəcə oturmasına kömək edirik;
⏱ 7-8 dəqiqə gözləyirik;
🌧Uşaq çiş və ya kakasını etsə uşağa mükafat(sticker yapışdıra bilərsiniz) verərək davranışı dəstəkləyirik.Çiş və ya kakasını etməzsə neqativ reaksiya vermədən alt geyimini və şalvarını qaldırırıq və əvvəlki yerinə geri qayıdırıq.

🙇‍♂‍5-6 dəqiqə başını qatmasına imkan verib sonra yenidən tualetə aparırıq.
🤹‍♂‍Tualetini edərsə mükafatlandırırıq.Nümunə olaraq böyük qardaş və bacısının tualetə getməsini göstərə və ya oyuncaqlar vasitəsi ilə bu prosesi canlandıra bilərsiniz.Nağıllar və şəkillərdən istifadə müsbət təsir göstərir.Bəzi hallarda uşaqlar unitaza və ya güvəcə oturmaqdan imtina edir və buna kəskin reaksiya göstərirlər.Bunun müxtəlif səbəbləri ola bilər:
🔹️Unitazın soyuq olması;
🔹️Sifonun səsi;
🔹️Unitazın böyük olması;
🔹️Ayaqlarının havada qalması.
Uşağın ayağının altına kiçik taburet qoyaraq ayağının havada qalmasının qarşısını ala bilərsiniz.Unitazın böyüklüyünə görə uşaqlar üçün xüsusi üstlüklərdən istifadə edə bilərsiniz.Sifonun səsindən narahat olursa uşaq tualetdən çıxandan sonra sifonu çəkin.
🌛Gecə tualet təlimi zamanı:🌜
Yatmaq vaxtına 1-2 saat qalmış uşağa su və ya yemək vermirik.Yatmazdan bir-neçə dəqiqə əvvəl tualetə aparırıq.Uşaq yatdıqdan 1,5-2 saat sonra oyandıraraq yoxlayırıq.İslaqdırsa heç nə demədən altını dəyişdiririk və növbəti gecə 5-10 dəqiqə tez oyandırırıq.Qurudursa tualetə aparırıq və tualetini edərsə mükafatlandırırıq.3-4 gün eyni saatda oyandırırıq, 5-ci gün isə 10-15 dəqiqə gec oyandırırıq.
Uğurlu tualet təliminin əsası səbirli və tutarlı olmaqdır🌸

Müəllif: @psixoloq_arzu_adgozelova

Oxşar Yazılar