Nitq ləngiməsi nədir?
Uşağın nitqinin yaş səviyyəsinə uyğun olmaması və nitq inkişafı baxımından yaşıdlarından geri qalması halıdır.
Nitq ləngiməsi zamanı bunun zamanla həll olmasını gözləmək və ya bu halı genetika ilə əlaqələndirib (atası, əmisi və.s. də gec danışıb) mütəxəssisə müraciət etməmək olmaz. Çünki uşağın nitqinin inkişafı üçün aktual dövrlər erkən yaşlar hesab olunur. Nitqin ləngiməsi uşaqda başqa problemlərin yaranmasına gətirib çıxara bilər. Əqli gerilik də bunlar arasındadır. Təfəkkür və nitq bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Nitqin ləngiməsi öz növbəsində təfəkkürün də inkişafını ləngidir. Bununla yanaşı nitqin olmaması aqressiyanın da yaranmasına səbəb olur. Fikrini sözlərlə ifadə edə bilməyən uşaq gərginləşir və vurma, ağlama, özünü yerə çırpma kimi davranışlar nümayiş etdirir. Nitq ləngiməsi uşaqların sosial münasibətlərinə də mənfi təsir göstərir. Danışa bilmədiyi üçün digər uşaqlar onlarla oynamaqdan imtina edə bilərlər.
-Necə bilim ki, uşağımın nitqi gecikir?
Bunu anlamaq üçün nitqin normal inkişaf mərhələlərinə nəzər yetirək:
🔎12-15 ay – Sadə sözləri deyir (mama, baba kimi)
🔎18 ay – Sadə sözləri başa düşür (“Yox! Dayan!” kimi)
🔎2 yaş – Sadə əşyaları adlandırır. 50 sözdən çox lüğət ehtiyyatı olur.
🔎3 yaş – Qısa cümlələrlə danışır.200 sözdən çox lüğət ehtiyyatı olur.
🔎4-5 yaş – Qısa hekayə danışır.
❗️Unutmaq olmaz ki hər uşaq fərdidir və bu inkişaf mərhələlərində müəyyən kiçik fərqlər ola bilər.
Valideynlər hər zaman diqqətli olmalı və uşaqlarının inkişafına nəzarət etməlidirlər.
– Nitq ləngiməsinin əlamətləri:
❌12 ay – jestlərdən istifadə etmir (sağol eləmək, işarə edərək göstərmək)
❌18 ay – jestləri səslərdən üstün tutur. Səsləri təqlid etməkdə və başa düşməkdə çətinlik çəkir.
❌2 yaş – nitqi və hərəkətləri təqlid edir lakin özü sərbəst ünsiyyətə girmir. Məsələn: Siz alma dedikdə alma deyərək təkrarlayır lakin özü alma istədikdə bunu demir.
❌Sadə komandaları yerinə yetirmir.
❌Uşağın nitqi anlaşıqlı olmur.
Səbəbləri:
– Eşitmə probleminin olması,
– Müxtəlif inkişaf pozuntuları,
– Əkizliyin olması,
– Böyüklərlə kifayət qədər vaxt keçirməmək,
– Ailədə iki dilliliyin olması,
– Televizor, telefon və digər texnologiya vasitələrilə erkən tanışlıq və.s
Bəs uşağın nitqini dəstəkləmək üçün evdə nələr etmək olar?
1. Gündəlik fəaliyyətləri oyuna çevirin. Məsələn: Əşyaların adlarını deyin. Bu zaman pozitiv və səbrli olmağı unutmayın. Çünki uşaqlar ən çox əylənərkən öyrənirlər.
Yemək bişirərkən etdiklərinizi sadə cümlələrlə övladınıza izah edin. Evin ətrafında olanlar haqqında danışın.
2. Hər axşam nağıl danışın.Kiçik oyuncaqlarla nağıl qəhrəmanlarını canlardırmağınız isə çox gözəl olacaq.
Olduqca həyəcanvericidir🤩
3. Musiqi – bu hər zaman ən gözəl vasitədir. Musiqini qoşun və birlikdə rəqs edərək oxuyun.
4. Şeir səsləndirin və hətta bunu güzgü qarşısında yüksək səslə edin.
5. Təkrar sözlərin işləndiyi oyunlar oynayın. Məsələn: Səbətə kiçik oyuncaqlar atın və hər dəfəsində “hooop” və ya “basket” kimi sözlərdən istifadə edin.
6. Televizor və telefonu həyatınızdan çıxarın.
7. Qida və yuxu rejimini nəzarətdə saxlayın.
Məlumat üçün @psixoloq_arzu_adgozelova Sizə təşəkkür edirik