Balama paylaşmağı necə öyrədim?

Tərəfindən admin
420 Baxışlar

Balama paylaşmağı necə öyrədim?

Unutmayın ki, uşaqlar 3-4 yaşına kimi mənim və özgənin anlayışını bilmir.Hələ də söhbət uşağın oyuncaqlarından gedirsə..

🌼Uşağınıza həmişə qayğı göstərin. sizdən kömək istəyəndə kömək edin. Hər gün qucaqlamağı və öpməyi unutmayın.

🌷Münaqişə yarandıqda uşağın diqqətin yayındırın. Başqa oyuncaq təklif edin.

🌿Əgər uşağınıza mehriban formada yanaşırlarsa o zaman ona oyuncağı bölüşməyi öyrədin. Təklif etdiyiniz digər oyuncağı tərifləyin və bütün xüsusiyyətlərini sayın. Məsələn: gör nə gözəl maşındı ,qapısı da açılır.. hələ işıqları da var. Gəl birlikdə sürək.

🌵Sıralı oyunlar oynayın. Məsələn: səbətə əvvəl uşaq bir top atır sonra siz və ya dostu.. Bir kubiki uşağınız bir kubiki isə siz üst üstə qoyursunuz və.s

🍀Uşağınızla birlikdə hazırladığınız şirniyyatları onun dostları ilə paylaşaraq nümunə olun.

🌻Ən əsası isə uşaqlara birlikdə oynamağı öyrədin. Siz də oyuna qoşularaq onlarla birlikdə oynaya biləcəkləri oyun oynayın.

Oxşar Yazılar