Düzgün nağılların seçilməsi

Tərəfindən admin
1986 Baxışlar

Uşağın inkişafında Nağıl sehrli təsirə malikdir. Əlbəttə nağılın uşağın yaşına uyğun, düzgün seçilməsi vacibdir.

Nağıl danışdıqda:
🦄Uşaqda DİNLƏMƏ QABİLİYYƏTİ formalaşır hansı ki bu öyrənmə üçün təməl rolunu oynayır.
🦊Dilin öyrənilməsinə və NİTQİN İNKİŞAFINA kömək edir.
🐰TƏXƏYYÜLÜN FORMALAŞMASINA dəstək olur.
🍒Uşaq nağıldakı müsbət obrazları nümunə götürür ki, bu da onun davranışlarını nizamlamasına yön verir.
✨Yuxudan əvvəl oxunduqda YUXU REJİMİNİ qaydaya salır
🍇Uşağın SOSİALLAŞMASINI asanlaşdırır ve.s

0-3yaş -Xəyal gücü tam formalaşmayıb və nağıllar daha çox söz balansının artmasına kömək edir. Təkrarlanan sözlərdən istifadə olunması nitqin inkişafına kömək edəcək. Nağıl qısa olmalıdır. Uşağa maraqlı olmayan nağılları oxumayın. 3-6yaş -düzgün seçilən nağıllar bu dövrdə uşaq tərbiyəsində əsas vasitələrdən biridir. Təxəyyül inkişaf edir, analiz qabiliyyəti artır və doğru-yanlış anlayışları öyrənilir. Bu yaşda artıq nağıl vərdişə çevrilməlidir.

Nağıl seçərkən və oxuyarkən diqqət etməlisiniz‼
⭐Nağıl axıcı olmalı və uşağı yormamalıdır.
⭐Hekayədə əsas diqqət uşağa aşılamaq istənən mesaja yönəlməlidir. ⭐Nağılın uzunluğu 5-10dəq keçməsə yaxşıdır.
⭐Nağılda şiddət öyrədilməməli və hər hansı mənfi mesaj ötürülməməlidir. Müəyyən bir dəyər aşılanmalıdır.
⭐Nağıldakı xarakterləri fərqli səs tonu ilə səsləndirin. Emosiyalarınızdan istifadə etməyi unutmayın
⭐Nağıl bitdikdən sonra nağılda baş verənlər haqqında övladınıza suallar verin.
⭐Nağılı oyuncaqlarla və rəsmlərlə daha maraqlı hala gətirə bilərsiniz. 📍İlk körpəlik illərindən etibarən övladınıza yuxudan əvvəl kitab oxuya bilərsiniz🔮

Oxşar Yazılar