Övladlarını ilk dəfə dərsə göndərən valideynlərə məsləhətlər

Tərəfindən admin
589 Baxışlar
derse geden bir usaq

Yeni dərs ilində övladlarını ilk dəfə dərsə göndərən valideynlərə psixoloqumuz @psixoloq_arzu_adgozelova məsləhət verir ❤️

– Övladınız sizin köməyiniz və xatırlatmanız olmadan da dərslərini hazırlamağı bacarmalıdır. Bunu edə bilməsi üçün müxtəlif xüsusiyyətlərə sahib olmalıdır. Daha doğrusu bu xüsusiyyətləri sizin yardımınızla qazanmalıdır. İlk olaraq bilməlisiniz ki, dərs oxumaq bacarığının təməlində məsuliyyət hissi dayanır. Məsuliyyət hissini inkişaf etdirməyən, öhdəliklərini sərbəst yerinə yetirməyi bacarmayan uşaqdan dərslərini vaxtında hazırlamasını gözləmək düzgün olmaz. Övladınız öz öhdəliklərini və vəzifələrini dərk etməlidir. Bunun üçün də uşağınızın bacardığı işləri onun yerinə siz etməməlisiniz. Evdəki işlərdə onun üzərinə düşən öhdəlikləri tələb edin(otağını təmiz saxlaması, paltarlarını özünün geyinməsi və s).

Dərs oxumaq bacarığını yemək hazırlamaq prosesi kimi düşünək. Sizə lazım olacaq tava(məsuliyyət hissi), ərzaqlar(tapşırıqlar, dərs oxumaq üçün məkan, dərs ləvazimatları və s), yeməyi bişirə bilmək üçün soba(maraq və motivasiya) və s.
Bütün bunlar tam olduqda ortaya istənilən nəticə çıxacaq.

– Bəs nə etməli?
👨‍👩‍👧‍👧Uşaqdan nə istədiyinizi açıq şəkildə bildirin. Məsələn, “indi dərs oxumağını istəyirəm”. Bunu deyərkən uşaqla göz kontaktı qurmağınız vacibdir.

🏠Evdə xüsusi dərs oxuma məkanı olmalıdır.
⏰Dərs hazırlama müddəti müəyyənləşdirin. Dərs müddəti 20 dəqiqədən uzun olmamalıdır. 20 dəqiqədən sonra 5-10 dəqiqəlik fasilələr verin. Fasilələr zamanı uşağı ekrandan uzaq tutun. Hərəkətli oyunlar oynamaq diqqəti toplamaq baxımından faydalı olacaq. Əvvəldən vaxt barəsində uşağa da məlumat verməyi unutmayın.

👥Uşaq dərs oxuyarkən siz də onunla eyni otaqda olun. Yaxşı olar ki, siz də kitab, jurnal və ya qəzet oxuyaraq örnək olasınız. Bu daha effektiv davranışdır. ❌Dərslə bağlı neqativ cümlələr işlətməyin(dərslərini oxu, canın rahat olsun və s.).
🏅Motivasiya verməyi unutmayın.
📖Uşağa seçim haqqı verin.Dərsini günorta, yoxsa axşam oxumaq istəyirsən?
📚Nəticə ilə üzləşməsinə imkan yaradın – əgər dərslərini hazırlamaq istəmirsənsə kitabları götürürəm, beləlikə tapşırıqları etmədən dərsə getməli olacaqsan deyərək xatırlatma edin. Və bunun nəticələrini qeyd edin. Ancaq qurduğunuz cümlələrin, xəbərdarlıq etmə üslubunuzun təlim və təlim prosesinə qarşı övladınızda aqressiya yaratmadığından əmin olun.

Oxşar Yazılar