Uşaqlarımıza kitabı necə sevdirə bilərik?

Tərəfindən admin
415 Baxışlar
usaq ve kitab

– Kitab oxumağın uşaqlara bir çox faydası vardır. Söz balansını artıraraq nitq inkişafını dəstəkləyir, yaradıcı və sürətli düşünmə qabiliyyəti formalaşdırır, uşağın sosiallaşmasına yardımçı olur, yazı qabiliyyətini inkişaf etdirir və dinləmə bacarığını öyrədir.
Bəs uşaqlarda kitab sevgisini necə yaratmalı?🤷‍♀‍
📚 Hamiləlik dönəmindən başlayaraq hər gün bətndəki körpə üçün kitab oxuyun. Ana bətnindəki körpə 17-ci həftədən etibarən ananın səsini eşidə bilir💚.
Ananın səs tonu, ritmi bətndəki körpənin həm inkişafını dəstəkləyir, həm də ana ilə uşaq arasındakı bağlılığı sağlamlaşdırır.
🎀 Hədiyyə olaraq kitab alın. Bu uşağa kitabın hədiyyə alına biləcək, dəyərli bir şey olması mesajını ötürür.
👨‍👩‍👧‍👦 Özünüz də kitab oxuyaraq nümunə olun.
🔎 Kitabla bağlı fəaliyyətlər qurun.Birlikdə kitab mağazasına gedin və kitab seçin. Oxuduğunuz kitab haqqında söhbət edin.
💡 Kitabı oxuduqdan sonra mövzu haqqında suallar verin. Sən oğlanın/qızın yerinə olsan nə edərdin? Səncə dostuna kömək etməlidir? Nağıl xoşuna gəldi? Sənə nə öyrətdi? və.s.
🚫 Kitab oxumağı cəzaya çevirməyin. “Tez telefonu qoy kənara və kitablarını oxu, əgər kitab oxumasan parka getməyəcəyik” və.s cümlələr kitabla uşaq arasında məsafə yaratdığından bu tipli mənfi təhrik etmələrdən çəkinin.
🔴 Düzgün kitab seçimi vacibdir. Kiçik yaşlı uşaqlar üçün parça materiallı olan və şəkilli kitablar daha uyğundur. Şəkillərin çox olması uşağın təsəvvürünü artıracaq. Böyüdükcə macəra kitabları uşaqların marağına səbəb olacaq. Zamanla artıq uşağınızı klassik ədəbiyyatla tanış etməlisiniz.

 

Müəllif: Psixoloq Arzu Adgözəlova

Oxşar Yazılar