Yeni körpənin gəlişi

Tərəfindən admin
2930 Baxışlar

Ailəyə yeni körpənin gəlməsi bütün ailə üzvləri üçün vacib hadisədir. Bu zaman ailə üzvləri bir neçə duyğunu eyni anda yaşayır. Sevinc, narahatlıq və.s Yeni qardaş/bacının gəlməsi uşaq üçün qəbul olunması çətin haldır. Əlbəttə bu uşağın şəxsi xüsusiyyətlərinə, yaşına uyğun olaraq dəyişiklik göstərir. Əslində uşağın bacı/qardaş qısqanclığı yaşaması çox normal haldır. Uşağa bütün hisslərini rahat yaşamasına icazə vermək lazımdır. Bunun səbəbi uşağın valideynlərinin sevgisini itirmə qorxusudur. Əsas olan valideynlərin buna düzgün yanaşa bilməsidir. Düzgün yanaşma ilə bunun öhdəsindən gəlmək mümkündür. Uşaqlar arasında yaş fərqinin az olması da qısqanclığı artırır.

Uşağa bacı/qardaşının olacağını necə demək lazımdır?

👶Əgər uşağınız kiçikdirsə bunu əvvəlcədən demək çox da fayda verməyəcək. Çünki kiçik yaşlı uşaqlar bunu tam qavramağı bacarmırlar.
🧒2yaşındakı uşağa artıq ananın qarnı böyüməyə başladıqda bunu izah etmək lazımdır. Uşağın ananın qarnına toxunmasına və körpə ilə danışmasına icazə vermək olar. İzah zamanı ailə sevgisi, qardaş/bacı sahibi olmağın gözəl hiss olduğunu aşılayan hekayələrdən istifadə edə bilərsiniz. Şəkillərdən istifadə edərək hekayələr qura bilərsiniz və hekayədə qardaş/bacısının qeydinə qalan qəhrəman uşaq obrazı yarada bilərsiniz. Bax, sən də qardaş/bacına belə kömək edəcəksən deyərək uşağı buna həvəsləndirin. Uşağın verdiyi suallara qısa və aydın cavablar verin.

🔜Doğum üçün xəstəxanaya getməzdən əvvəl valideynlər uşağı bu mərhələyə hazırlamalıdır. Uşaq özünü tək hiss etməsin deyə ailəyə aid əşya və ya şəkili uşağa vermək lazımdır.
Evə qayıtdıqdan sonra isə ana/ata uşağı qucaqlayaraq, sənin üçün darıxmışıq deməlidir.
Yeni körpə ilə evdə yeni dəyişikliklər etmək düzgün deyil. Bu dəyişiklikləri körpə gəlməzdən 4-5ay əvvəl edib, uşağın bu yeniliklərə öyrəşməsinə nail olmaq lazımdır.
Valideynlər adətən hər iki uşağa eyni davranmağa diqqət edirlər amma düzgün deyil. Çalışmaq lazımdır ki, yeni körpənin gəlməsi ilə heç nəyin dəyişmədiyi mesajı ötürülsün. Ana/ata uşaqla əvvəl olduğu kimi tək vaxt keçirməlidir.

Uşağa körpə ilə bağlı məsuliyyətlər vermək qardaş/bacı hissini aşılayacaq. Məsələn bu dəfə bacı/qardaşının üstünü sən ört və ya körpənin bezini dəyişməyə mənə kömək et.

Diqqət ❌❌❗Uşaq pis hiss etməsin deyə həddindən artıq qayğı göstərmək və ya çoxlu hədiyyələr almaq doğru yanaşma deyil.
Valideynlər öhdəsinə düşəni etdikdən sonra bu hal tezliklə düzələcək və uşaqlar arasında xoş münasibət yaranacaq💚

Oxşar Yazılar